03:43 23 iyun 2022 134
Ana səhifə Xəbərlər

Güclü yağış Goranboyda çaylarda suyun səviyyəsini qaldırıb

Goranboyda güclü yağış bir sıra fəsadlar törədib..APA TV-nın yerli bürosun məlummatına görə  rayonun Ağcakənd qəsəbəsinə yağışdan sonra  sel gəlib. Sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.Yağışdan sorna gələn,sel qəsəbədə bir neçə avtomobili aparıb. Bundan əlavə sel suları evlərə dolub.

Sel suları sakinlərin əkin sahələrinə dolub,həmçinin kənd təsərrufaınada ziyan vurub.Yağışdan sorna  gəl sel qəsəbənin avtomobil yolalarında yararsız hala salıb.Xöşbəxtlikdən təbbi fəlakət zamanı İnsan itkisi və xəsarət alan yoxdur.Leysan yağış qəsəbəyə xeyli ziyan vurub.

Güclü yağış Goranboy rayonunun dağ kəndlərində, o cümlədən Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsini yüksəldib.Ilkin məlumata görə sel-suları 20 yaxın fərdi yaşayış evinə, 20-ə yaxın mal-qaraya, 10-a yaxın iaşə obyektinə və Mingəçevir şəhər sakini Rzayev İlham Zülfü oğluna məxsus “Mercedes” markalı avtomiblə ziyan vurub.Baş vermis hadisə ilə bağlı Fövqalədə Hallar Nazirliyin əməkdaşları qəsəbəyə ezam olunublar.Evlə dolan  suların çəkilməsinə başlanıb.Bunada əlavvə nazirliyin ağır texnikalarıdə əraziyə gətrilib.

 Artıq Goranboy Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılıb.Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər qrumların əməkdaşları qəsəbədə olublar.Dəymiş ziyanla maraqlanıblar.

 Dəyən ziyanın nəticələrinin hesablanması və  aradan qaldırması istiqamətində işlərə başlanılıb.Qeyd edək ki hazırda Goranboy rayonunda yağışlı haava şəraiti davam edir

 

Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Goranboy Ağcakənd

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın