Güclü yağış Şəmkirdə fəsadlar törədib – BƏZİ ƏRAZİLƏR İŞIQSIZ QALIB

Şəmkirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb

Bir neçə gündür qərb bölgəsində müşahidə olunan yağışlı hava elektrik təsərrüfatında ciddi fəsadlar yaradıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarında etibarən yağan güclü yağış və çaxan şimşək Şəmkir rayonunun “Osman bozu” adlanan ərazisində olan 110 kilovatlıq yarımstansiyada problem yaradıb. Nəticədə rayonun Kür qəsəbəsi, Yeniabad və Mahmudlu, eləcə də həmin yaşayış məntəqələrinə yaxın ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Yalnız bu gün günorta saatlarından etibarən sözügedən ərazilərdə elektrik enerjisinin verilişi bərpa olunub.

Şəmkir Elektrik Şəbəkəsindən verilən məlumata görə, artıq fəsadlar tam aradan qaldırılıb və rayon üzrə enerji verilişi bərpa olunub.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv