Güllələnərək öldürülən 15 yaşlı oğlanın ailəsi danışdı – TƏFƏRRÜAT

Mingəçevirdə güllələnərək ölən 15 yaşlı yeniyetmə bu gün dəfn olunub.

APA TV xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı  “Yeni həyat” qəsəbəsində hadisə baş verib.  Ağdam rayon Gülablı kənd sakini Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlunu odlu silahla güllələyib. Hadisə  Qasımov Əlvan Nuxa oğlu qonşuluqda yaşayan, 15 yaşlı Kərimov Orxan Tofiq oğlunun 13 yaşlı oğlu ilə mübahisəsini eşidib. Bundan sonra Əlvan Qasımov “Makarov” tipli tapançasını götürərək Qəsəbə parkına gedən Orxan Kərimovun arxasınca gedib. Burada isə odlu silahdan yeniyetməyə beş dəfə atəş açaraq onu güllələyib.

Qonşuların iddasına görə, Əlvan Qasımovun bu ilk hadisəsi deyil. Bu səbəbdən də onun bir daha geri qayıtmamağını istəyir.

Qəsəbə sakinləri arasında qarşıdurma baş verməməsi üçün Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları ərazini nəzarətə götürüb.  Hadisə ilə bağlı Mingəçevir Şəhər prokurorluğuda məlumat yayıb. Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv