11:29 30 noyabr 2022 433
Ana səhifə Xəbərlər

Gültəkin Hacıbəyli barəsində cinayət işi başlandı

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

 

Bu barədə APA məlumat yayıb. Xaricdən ölkəyə qayıdarkən Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Gültəkin Hacıbəyli polisə təhvil verilib.

 

Məlum olub ki, onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub və haqqında Cinayət Məcəlləsinin 147.2 yəni ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə cinayət işi başlanıb.

 

Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə aparılıb, ifadəsi alınaraq sərbəst buraxılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın