Günahkar başında yumurta sındıran qız, valideynlər, yoxsa məktəbdir? - APA TV

Günahkar başında yumurta sındıran qız, valideynlər, yoxsa məktəbdir? - APA TV Bakıda şagirdlərdən birinin həmcinsi tərəfindən bullinqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan videoya Şüvəlanda yerləşən 156 nömrəli məktəbin direktoru münasibət bildirib. Onun sözlərinə görə, hadisə yanvarın 17-si dərsdən və məktəbdən kənar ərazidə baş verib.

O etiraf edib ki, alçaldıcı hərəkətlər edən məktəbin 11-ci sinif şagirdi Dilarə Rzaquliyevadır. Bullinqə məruz qalan, videoya çəkən və ətrafdakılar həmin məktəbin şagirdləri deyillər. Hadisə ilə bağlı 156 saylı məktəbdə təhsil alan digər şagirdlərin valideynləri də narahatlıqlarını ifadə ediblər. Qeyd edək ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məlumat yayıb.

Bildirilib ki, araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək. Aytən Sakitqızı, APA TV

Müəllif | Apa.Tv
Apa.tv