Güney Azərbaycana QOŞUN YERİDİLDİ: küçə döyüşləri gedir
İran molla rejiminə qarşı ümumxalq üsyanının 68-ci gününü yaşayır.
APA TV xəbər verir ki, bu barədə “MOUZE“ teleqram kanalı məlumat yayıb. Bildirilir ki, ölkənin bir çox şəhərlərində, həmçinin Güney Azərbaycanda da etiraz dalğası hər gün yeni bir vüsət alır.
Bu etirazlardan narahat olan molla rejimi qaynar nöqtələrə, xüsusilə də azərbaycanlıların yaşadığı şəhərlərə hərbi texnika və qoşun yeridir.
Narazı xalq artıq silahlanıb. Əksər şəhərlərdə etirazçılarla SEPAH qüvvələri arasında küçə döyüşləri gedir. Hər iki tərəfdən ölənlərin və yaralıların olduğu deyilir.
Azərbaycanın Xana şəhərindən yayılan görüntülərdən də məlum olur ki, şəhər sakinləri səhərə qədər hökumət qüvvələrinə qarşı müqavimət göstəriblər.