Güney Azərbaycanda tariximiz məhv edilir
Azərbaycanın güneyində mədəni-irsimiz, tariximiz məhv edilir.
“Mouze“ teleqram kanalının məlumatına görə, təbrizli Rabe Rəşidi, Həsən Paşa və Şanb Qazanla yanaşı Yaxın Şərqin ən dəbdəbəli tarixi kolleksiyalarına və muzey parkına çevrilən Təbriz Şərifinin Bağ Evi bərbad hala düşüb.
Bina və bağça Təbrizdə yerləşir, 27 avqust 2002-ci ildə 9712 dövlət nömrə nişanı ilə tarixi abidə kimi qeydiyyata alınıb. Bina Qacarlar dövründə ilk milli məclisdə Təbrizin nümayəndələrindən olmuş cənab İbrahim Xan Şərəf əl-Dövlətə aiddir.
Şərifin evi eyniadlı bağda yerləşir və “Şərəf əd-Dövlə” ləqəbi ilə tanınan “Mirzə İbrahim Xan Bağmışhai”yə məxsusdur.