Güney azərbaycanlılar əsgərlərimizi belə salamladı
Güney Azərbaycandan olan soydaşlarımız Xudafərin körpüsü yaxınlığındakı mövqelərimizdə xidmət edən əsgərlərimizi salamlayıblar.
APA TV xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Arazın o tayında ikibir-üçbir cəmləşən soydaşlarımız bozqurd işarəsi göstərməklə Azərbaycanla həmrəy olduqlarını nümayiş etdiriblər.