Günün məzənnələri - 03.11.2020

 

Bu ilin sentyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 27,6 mln. avro təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə isə 29,5% azalıb.

Bundan başqa, sentyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 5,03 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 21,9%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 3,3 dəfə azdır.

Müəllif | Apa.Tv
Apa.tv