Günün məzənnələri - 06.03.2020
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
"APA-Economics"in məlumatına görə, 2020-ci ilin martın 6-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 1,9092 manata yüksəlib, Rusiya rublu 0,0251 manata, 1 türk lirəsi isə 0,2778 manata enib.