Gürcü deputatın ölümünün detalları açıqlandı

Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu" partiyasından olan deputatı İrakli Xaxubia yaşadığı mənzilində ölü tapılıb.

 

APA TV-nin Tbilisi müxbiri xəbər verir ki, deputatın ölümü ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başladıb.

 

Məlumata görə, deputatın meyiti bu gün səhər ailə üzvləri tərəfindən tapılıb. Hadisə yerində, həmçinin odlu silah aşkarlanıb.

 

Deputatın meyiti tibbi-ekspertizaya göndərilib və evi lentlə əhatəyə alınıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv