Gürcü jurnalist və blogerlər Şuşaya səfər edib

Gürcüstandan olan media nümayəndələri və blogerlər Şuşaya səfər ediblər.

 

APA TV məlumatına görə, səfər iştirakçıları Şuşa şəhərində Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Bülbülün ev-muzeyinə, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkib, cıdır düzündə olublar.

 

Gürcüstanli bloger Tamuna Mumladze Şuşa səfəri ilə bağlı təəssüratlarını bölüüb: “Bu səfəri təşkil edən hər kəsə öz təşəkkürümüzü bildiririk. Biz burdayıq. Şuşada çox gözəl yerlər gördük. Dünyaya sülh azrulayıram.”

 

Səfər iştirakçıları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış olublar.

 

Müəllif | Apa.Tv
Apa.tv