Gürcüstan müxalifəti Rusiya vətəndaşları ilə bağlı GÖRÜN NƏ TƏLƏB EDİR - APA TV

Gürcüstanın müxalif "Droa" partiyası Rusiya ilə sərhəddə yerləşən Yuxarı Lars gömrük-keçid məntəqəsinin yaxınlığında aksiya keçirir.

APA TV-nin yerli bürosu xəbər verir ki, aksiyaçılar hökumətdən Rusiya ilə quru sərhədlərini bağlamasını və Rusiya vətəndaşlarını ölkəyə buraxmamasını tələb edirlər.

Təşkilatçılar rusiyalıların Gürcüstana kütləvi miqrasiyasının ölkə iqtisadiyyatına ziyan vurduğunu, həmçinin təhlükəsizlik riskləri yaratdığını bildirirlər.

Aksiyaya ukraynalı fəallar də qoşulub.

Əraziyə hüquq mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb edilib.

Müəllif | Apa.Tv
Apa.tv