Gürcüstan və Ermənistanda koronavirusa yoluxanların sayı artıb - RƏQƏMLƏR 43 və 136 GÖSTƏRİR

Gürcüstanda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 43 nəfərə çatıb.

APA TV-nin Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet səhifəsində bildirilib. Ölkə ərazisində ümumilikdə 1575 nəfər karantində saxlanılır, 274 nəfər isə stasionar nəzarətdədir. Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Ermənistanda isə daha 14 nəfər yeni tip koronavirusa (Covid-19) yoluxub. Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 136 nəfərə çatıb.

Müəllif | Apa.Tv
Apa.tv