Gürcüstana keçmək istəyən 14 nəfər yaxalandı – 7-Sİ AZYAŞLIDIR

Yarısı azyaşlı olmaqla 14 nəfərin Azərbaycandan Gürcüstana keçməsinin qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə,  ötən gün “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycandan Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti sər­həd naryadı tərəfin­dən aşkar edilib.

 

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­­zi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəti­cədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

 

Onların Ağstafa rayon sakinləri olduqları müəyyən edilib və 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil veriliblər.

 

Fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdi­ri­lir.

 

Müəllif | Apa.Tv
Apa.tv