Gürcüstanın baş naziri istefa verdi
Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Baş nazir Giorgi Qaxarianın istefası ilə əlaqədar olaraq hökumət tam tərkibdə istefa verib, bununla yanaşı, hökumət növbəti Baş nazir müəyyən edilənədək səlahiyyətlərini davam etdirəcək.
Qanunvericiliyə əsasən ölkə parlamenti 2 həftə ərzində yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməlidir.
Xatırladaq ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria istefa verib.
O, istefasının səbəbini müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsi ilə əlaqələndirib. G. Qaxaria qeyd edib ki, N. Melianın həbsi məsələsində komandası ilə razılığa gələ bilməyib və istefa vermək barədə qərar qəbul edib.