Gürcüstanın sabiq spikeri APA TV-yə “xarici agentlər”dən danışdı

Bu gün yalnız Cənubi Qafqazda deyil, bütövlükdə dünyada vəziyyət mürəkkəbdir. Bunu X Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze jurnalistlərin regional təhlükəsizlik vəziyyəti ilə bağlı sualına cavab olaraq bildirib. O, Ukrayna müharibəsindən sonra regionun və dünyanın müxtəlif təhdid və çətinliklərlə üzləşdiyini bildirib.

Gürcüstan parlamentinin sabiq sədri “xarici agentlər”lə bağlı qanun layihəsinə münasibət bildirib

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze onu da əlavə edib ki, hökumət bu dəfə insanların, mesajlarını dinlədi və demokratiya və onun dəyərləri qorunmalıdır. O əlavə edib ki, bu normal inkişaf üçün vacibdir. 

Müəllif | Apa.Tv
Apa.tv