Hacı Şahin “Qurd qapısı” qəbristanlığında torpağa tapşırılıb

2 mart tarixində səhər saatlarında ürəktutmasından həyatını itirən din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi “Qurd qapısı” qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30-da çağırış daxil olub. Saat 05:43-də təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

 

Onu da qeyd edək ki, Şahin Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Müəllif | Apa.Tv
Apa.tv