Hacı Şahinin ölüm səbəbi açıqlandı - RƏSMİ

TƏBİB Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir:

"1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30-da çağırış daxil olub. Saat 05:43-də təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb”.

Məlumatda o da qeyd olunur ki, Şahin Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Müəllif | Apa.Tv
Apa.tv