Hacı Şahinin yerinə kim gələcək? - Rəsmi açıqlama
“İran tərəfindən Azərbaycana qarşı edilən bu hərəkətlər İranın Ermənistanla sıx əlaqələrindən irəli gəlir. Eyni zamanda İran Azərbaycanın güclənməsi və 44 günlük Vətən müharibəsində işğala məruz torpaqlarımızın azad edilməsi və prezidentimiz cənab İlham Əliyevin bölgədə apardığı siyasət, xüsusilə Azərbaycanın dünya miqyasında və ölkədə söz sahibinə çevrilməsi təbii ki, İranı və İranın hakim dairələrini qıcıqlandırır və onlar Azərbaycanın dövlət müstəqilliyini bərpa edəndən bu yana Azərbaycana qarşı bu cür təxribatçı hərəkətlərini davamlı olaraq həyata keçiriblər.
Məşədi Dadaş məscidinin imanının vəfatından sonra həmin məsciddə bizim hazırda İlahiyyat institutunun tələbəsi məsciddə dini ayinləri, cümə namazlarını icra edir, onun adı Elmir Vəliyevdir. Biz Məşədi Dadaş məscidinin icması ilə müzakirə etmişik və ümumi razılıq əldə olunub ki, Elmir dini ayinləri icra eləsin. Məşədi Dadaş məscidinə 40 mərasimindən sonra din xadimləri təyin olunacaq, Elmir də orada fəaliyyətini davam etdirəcək”.