Hacıqabul-Sabirabad magistralından qəza olub, dörd nəfər xəsarət alıb
Hacıqabul-Sabirabad magistralından qəza olub, 4 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Sabirabad magistralının 10-cu kilometrliyində baş verib.
“Mercedes” markalı minik avtomobili qoşqulu “KamAZ”a çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1975-ci il təvəllüdlü Gülnarə Sadıqova, 2003-cü il təvəllüdlü Sahib İbayev və 1980-ci il təvəllüdlü Əjdər Fərəcov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəzaya yük avtomobilinin manevr qaydalarını pozaraq dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.