Hacıqabul sakini qızılcadan dünyasını dəyişdi
Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda ölüb.