Hacıqabul sakininin bağındakı bu ağacın meyvəsi qışda da ağacda qalır
Məşhur xalq mahnısında deyildiyi kimi Muğanın saydığımız hər üç meyvəsi yeməli olur. Amma bu heyvanın dadı bir başqadır. Çünki bu meyvə hətta qışda da ağacda qalır. Hacıqabul rayonunun Ağacanlı kəndində ətraf ağ örpəyə bürünsə də bu İlham Abidinovun bağında yetişən bu meyvə “Salyan heyvası” kimi məşhurdur. Bağ sahibi deyir ki, bu heyvaya şaxta dəyməsə yemək olmur. Muğan ərazisində bu heyva növü Kür çayının sağ və sol sahilində - Salyan, Neftçala, Sabirabad və Hacıqabulda qışın soyuğunda yetişir. Yarpaqları tökülsə belə meyvəsi fevral ayına qədər ağacda qalır. Görkəminə görə sentyabr, oktyabr aylarında yetişən heyvalardan zəif olsa da dadı və ətiri ilə digər heyva sortlarını geridə qoyur. Bu heyvaları dərib aylarla saxlamaq olur. Çürümür, xarab olmur. Bağ sahibi İlham Abidinov deyir kənddə hər həyətdə bu heyvadan var. Əlibəy Zeynallı Elçin Həsənov