Hacıqabulda 2 avtomobil toqquşub – XƏSARƏT ALANLAR VAR
Hacıqabulda baş verən avtoqəzada 3 nəfər xəsarət alıb
APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Şirvan-Hacıqabul magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində yağışlı hava yol-nəqliyyat hadisəsi səbəb olub.
“Ford” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.
Hadisə zamanı “VAZ 2106” markalı avtomobildə olan Şirvan sakinləri, 1992-ci il t Həsənov Fazil Siyasət oğlu, 1963-cü il təvəllüdlü Həsənova Məhəbbət Ağahüseyn qızı və daha bir nəfər Şirvan şəhər xəstəxanasında ambulator yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.