Hacıqabulda 24 yaşlı qadın intihar edib

Hacıqabulda 24 yaşlı qadın özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.

Kənd sakini, 2 uşaq anası 1998-ci il təvəllüdlü Nəsirova Gülbəniz Ələsgər qızı yaşadığı ünvanda yerləşən tövlədə özünü asıb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv