Hacıqabulda 67 yaşlı kişi Kürdə batdı

Hacıqabulda 67 yaşlı kişi Kür çayında batıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Talış kəndi ərazisində baş verib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində 1953-cü il təvəllüdlü Qardaşəli Səlimovun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir.

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv