Hacıqabulda ana doğuşdan sonra öldü
Hacıqabulda ana doğuşdan sonra ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Məlumata görə, oğlan uşağı dünyaya gətirən rayonun Atbulaq kənd sakini, 1995-ci il təvəllüdlü Fəxriyyə Bəşirova doğuşdan sonra kəskin qanaxma səbəbindən dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümündə tibb müəssisəsinin həkimlərini günahlandırılar.
Tibb müəssisəsindən isə bildirilir ki, qadına bütün tibbi yardımlar edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.