Hacıqabulda ana doğuşdan sonra ölüb
Hacıqabulda ana doğuşdan sonra ölüb
APA Tv-nin Mil-Muğan bürosunun görə, hadisə yanvarın 27-də Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1997-ci il təvəllüdlü Aytac Həsənova qız uşağı dünyaya gətirib. Ana doğuşdan iki saat sonra ölüb. Yaxınları Aytacın probleminin olmadığını qeyd edirlər. Bir müddət əvvəl onunla telfonla da danışılıb. Daha sonra onun ölüm xəbərini yaxınlarına bildiriblər.
Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.