Hacıqabulda aşan maşın piyadanı vurdu - 4 NƏFƏR YARALANDI

Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb. 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "BMW" markalı avtomobil təkərinin partlaması nəticəsində yoldan çıxıb və bir neçə dəfə aşıb. Avtomobil aşan zaman yol kənarında dayanan piyadanı da vurub.

Nəticədə maşında olan paytaxt sakinləri, 3 bacı - 1963-cü il təvəllüdlü Gülcahan Orucova, 1955-ci il təvəllüdlü Şirin Ağayeva və 1961-ci il təvəllüdlü Həqiqət Vahidova, eləcə də piyada Bahadur Sərvər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv