Hacıqabulda avtomobil aşdı, bir ailənin 6 üzvü xəsarət aldı – APA

Kürdəmirdən Bakıya gələn ailə Hacıqabul rayonunda avtomobil qəzasına düşüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə “Wolsvagen Passat” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Avtomobildə olan 8 nəfərdən biri azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına çatdırılıb. Yüngül xəsarət alan sürücü və digər sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərilib.  Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv