Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yolu keçən Ağdaş sakini, 34 yaşlı Əliyev Tural Adil oğlunu "Tofaş" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv