Hacıqabulda baş verən qəzada bir nəfər öldü, sürücü qaçdı

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının  Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdam rayon sakini idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə minik avtomobilində olan sürücünün əmisi oğlu - Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Çingiz İmanov hadisə yerində ölüb.

Qeyd edək ki, yük maşınının sürücüsü hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində əməliyyat-axtarış işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv