Hacıqabulda dəhşətli qəza – BİR AİLƏNİN 5 ÜZVÜ...

Hacıqabulda bir ailənin 5 üzvü qəzaya düşüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Paytaxt sakini 1979-cu il təvəllüdlü Vüqar Qaraşov idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 68 yaşlı Hüsniyyə Qaraşova hadisə yerində ölüb, sürücü və ailənin digər üzvləri  - 1981-ci il təvəllüdlü Leyla Şəfiyeva, 2007-ci il təvəllüdlü Rafiq Qaraşov və 2010-cu il təvəllüdlü Səbuhi Qaraşov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv