Hacıqabulda iki minik maşını toqquşdu – 5 NƏFƏR XƏSARƏT ALDI

Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Pirsaat kəndi ərazisində iki “Mercedes” toqquşub.

 

Nəticədə avtomobillərdə olan 5 nəfər - 2000-ci il təvəllüdlü Məhəmməd Əliyev, 1988-ci il təvəllüdlü Fürsət Əsədov, 1991-ci il təvəllüdlü Seyidşah Bədəlov, 1975-ci il təvəllüdlü Mətləb Nəsirov və 1969-cu il təvəllüdlü Cəfər Əliyev müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Onlardan üçünün vəziyyəti nisbətən ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv