Hacıqabulda intihara cəhdin qarşısı alındı – HADİSƏ ANI
Hacıqabulda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, rayonun dəmiryolu stansiyasının ərazisində 1 nəfər hündürlüyü, təxminən 30 metr olan konstruksiyanın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.