Hacıqabulda “KamAZ” minik maşınını vurdu - 2 YARALI

 

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan “KamAZ” markalı 10 KM 973 dövlət nömrə nişanlı yük avtomobili yol kənarında dayanan “VAZ-21010” markalı M 607 OX 05 Rusiya dövlət nömrə nişanlı minik maşınına çırpılıb.

 

Qəza nəticəsində minik maşınında olan Siyəzən rayon sakinləri - 1999-cu il təvəllüdlü Günel Şamil qızı Əmiyeva və 2004-cü il təvəllüdlü Elsevər Asif oğlu Gülbalayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Hər iki yaralı Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qadının vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv