Hacıqabulda maşın aşdı, sürücü öldü
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Saatlı rayon sakini, 1958-ci il təvəllüdlü Şükürov Ağabala Bəybaba oğlu idarə etdiyi “Mercedes” markalı 99 HC 853 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.