Hacıqabulda maşın aşdı, sürücü yaralandı

Bakıda-Qazax yolunda avtomobil aşıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ucar sakini, 1986-cı il təvəllüdlü Qurbanov Vüsal Əkbər oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv