Hacıqabulda maşın dəmir səddə çırpıldı - SÜRÜCÜ ÖLÜB
Hacıqabulda təmir olunan yolda qəza baş verib, sürücü ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 105-ci kilometrliyində Hacıqabul rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb. Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu idarə etdiyi meyvə ilə yüklü “VAZ 2106” markalı 54 BM 476 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və dəmir səddə çırpılıb. Nəticədə sürcü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəyə magistralda aparılan təmir işləri səbəb olub.
Faktla bağlı Baş Dövlət Yol polisi tərəfindən araşdırma aparılır.