Hacıqabulda qəza: sürücünün həyat yoldaşı öldü

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 80-ci km-də Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində 1947-ci il təvəllüdlü Elburus Yelmar oğlu Bəylərovun idarə etdiyi “Kia” markalı 20 DD 332 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dəmir dirəyə çırpılıb. 


Hadisə zamanı avtomobildə olan sürücünün həyat yoldaşı Sima Əli qızı Bəylərova ölüb.            

                                   
Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv