Hacıqabulda tutulan avtoxuliqanın “prava”sı da yox imiş
Hacıqabulda avtoxuliqanlıq edən şəxs saxlanılıb. Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib. Lakin sürücü, Şirvan şəhər sakini Cavid Babayev tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. O, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və müəyyən olunub ki, onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sənədləri, eləcə də sürücülük hüququ yoxdur. Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Cavid Babayev 30 sutka inzibati qaydada həbs edilib.