Hacıqabulda yol qəzasında ağır xəsarət alan sərnişin öldü
Hacıqabulda yük maşınları toqquşub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini, 23 yaşlı Rzayev Çoşqun Malik oğlunun idarə etdiyi pomidorla yüklənmiş "Ford" markall avtomobil arxadan Kürdəmir sakini, Abdulrəhmanov Elçin Vəli oğlunun idarə etdiyi mişar daşı ilə yüklü "KamAz" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Ford" markalı avtomobildə olan sərnişin -1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu ağır vəziyyətdə Kürdəmir xəstəxanasına çatdırılarkən yolda keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.