Hadisə yerindən qaçdı, qəzadan qaça bilmədi - avtomobili hasara çırpıb

Gəncə şəhəri “Poçt” qəsəbəsində yol-nəqliyyat qeydə alınıb.

APA TV xəbər verir ki, hərəkətdə olan “Opel” markalı minik maşını “VAZ 2106” markalı avtomobillə toqquşub. Daha sonra “Opel”in sürücüsü hadisə yerindən qaçıb, lakin, bir qədər aralıda idarəetməni itirərək avtomobili məktəbin hasarına çırpıb. 

Hər iki avtomobil yararsız hala düşüb. “VAZ 2106”-nın sürücüsü Məhərrəmov Telman xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə yerindən qaçan “Opel”in sürücüsü sükan arxasında sərxoş olub. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv