Hadisə yerinə FHN-in qüvvələri cəlb edilib

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, FHN-in 112 qaynar xəttinə Nəsimi rayonu Cavad Xan küçəsində, çoxmətərəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv