Hamama girən qadınlar gözlərini xəstəxanada açdı - SƏBƏB
Gəncədə zəhərlənmə olub.
APA TV-nin qərb bürosunun məlumatına görə, fakt şəhərin Bağman məhəlləsində - Ələkbər Seyfi küçəsində qeydə alınıb.
Şəhər sakinləri - 1983-cü il təvəllüdlü Xəyalə Verdiyeva və 1957-ci il təvəllüldü Elmira Bayramova yaşadıqları ünvanda vanna otağında dəm qazından zəhərləniblər.
Xəstəxanaya yerləşdirilən qadınların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.