Hamı müharibə edəndə susur, Azərbaycan edəndə qışqırır: Belə sülh quşu olar?

 

Son vaxtlar sosial şəbəkələrdən, xaricdən dəstəklənən portallardan “novar”çıların HAYşüvəni eşidilir. (HAY SÖZÜ XÜSUSİ VURĞU İLƏ DEYİLSİN ) “Novar”çılar toplu şəkildə etiraz və qınaq görəndə isə çağırışın, şəkilin, karikaturanın paylaşma məqsədi dəyişilib olur “sarkazm”. Siz indiyə qədər neçə ölkə lideri tanıyırsınız ki, sizin istədiyiniz kimi yuxaürəkli “novarçı”dır. Ümumiyyətlə belə lider varmı? - Ölkəsinin bir hissəsini zəbt etsinlər, davamlı terror törətsinlər, mina basdırsınlar, jurnalistini, işıq mühəndisini, yol işçilərini öldürsünlər və o lider də ağzına su alıb sussun?! Yoxdur belə biri... Absurdluğa baxın, sənin ərazində əlində avtomat, sursat çantası, bəzi ərazilərində səngər qazıb əsgərini nişan alsınlar, sən də öz xalqının hələ yetişməmiş gənc beyinlərinə “novarçı”lıq aşıla. Belə adamları başa düşmək çətindir. Çünki onlar həm də 5.11 brendinə məxsus taktiki hərbi geyimini çıxarmayan Zelenskini də dəstəkləyirlər, amma öz ölkəsində terror əməlləri törədən, mina basdıran, yol kəsən, sadalamaqla siyahısı uzanan faciələr törədən separatçılara qarşı mübarizənin əleyhinə çıxırlar, “müharibə olmasın” çağırışları edirlər. Ukrayna vuruşanda haqq işi olur, Azərbaycanın dəmir yumruğu işə düşəndə nahaq?! NİYƏ? Kim rahat oturduğu yerdə müharibə istəyir ki?! Zəruri özünümüdafiə işləri, antiterror tədbirləri ilə qarətçilik, işğalçılıq məqsədli müharibə elan etmək tamam başqa anlayışlardır. Məgər Azərbaycan hansısa ölkənin ərazisinə hücum edib?! Bizim bütün müdafiə tədbirlərimiz öz ərazi bütövlüyümüzün bərpasına, vətəndaşlarımızın qorunmasına yönəlib. Heç bir silahlı əməliyyat keçirmədən qanunsuz silahlı dəstələri dağ-daşdan, meşədən, çaydan, tuneldən necə yığışdıraq? 3 ildir Qarabağda məskunlaşan qanunsuz silahlı dəstələrə deyilir ki, silahı yerə qoyun. Silahı yerə qoymurlarsa, bəs nə etməliydik? Onlardan fərqli olaraq, Azərbaycan heç bir mülki şəxsə və obyektə zərər yetirmir. Sülhə gəlincə isə bunu regionda Azərbaycandan çox istəyən yoxdur. Ölkə başçısı dəfələrlə, eyni zamanda 20 sentyabrda etdiyi çıxışında bölgədə bütün qonşularla sülh şəraitində yaşamağın Azərbaycanın priorietelərindən olduğunu dedi. Bəzən elə absurd fikirlər səslənir ki... məsələn, “orada erməni millətindən olan sakinlər çoxdur, ərazi onlarda qalsın, silah səsləri eşidilməsin” və sair... Belə çıxır ki, yığma millətlərdən ibarət olan ABŞ-da hansı xalqın nümayəndəsi çoxdursa, ştatı onlara bağışlasınlar? Və yaxud Latın Amerikasında ispandilli ölkələr İspaniyanın, portuqaldilli ölkə Portuqaliyanın nəzarətinə verilsin? Və ya ermənilərin çoxluq təşkil etdiyi, Rusiyanın, Fransanın, ABŞ-ın ərazisində ermənilərə muxtariyət tələb edə bilən varmı? YOX! Ay qardaşlar, ay bacılar... “No war”, yəni “müharibəyə yox” şüarı başqa anlayışdır. Başqa ölkənin müstəqilliyini kölgə altına alan, vətəndaşının həyatına təhlükə yaradan işlər görüləndə çıxıb deyirlər ki, mən “no war” deyirəm – “I SAY NO WAR” – yəni ki, müharibə istəmirəm. “Novar”çıların SOROS təşkilatına bağlı olduğunu deyən siyasi şərhçi Tural İsmayılov bildirib ki, onların əsas məqsədi ölkədə qarışıqlıq və ictimai çaşqınlıq yaratmaqdı. Tural ismayılov əlavə edib ki, novorçular Azərbaycanın apardığı legitim mübarizəni gözdən salmağa çalışırlar ki, bu da Vətənə xəyanətdir. Kimsə sizə hücum edirsə, siz ona qarşı müqavimət göstərirsiniz, tərksilah edirsiniz, ya da hüquq-mühafizə orqanlarına, bu gərginliyi sakitləşdirəcək quruma müraciət edirsiniz. Azərbaycan bu minvalla 28 il gözlədi. Gördü ki, o qurumlar, qruplar gəlib gözəl təamlarımızdan yeyib-içib vaxt uzatmaqla məşğuldur, səbri çatmadı, qollarını çırmaladı. Yumruq göstərdi və sülh quşlarının gətirə bilmədiyi sabitliyi bərqərar etdi. O quşlar ki, 30 ilin yükünü çətin 30 sutkaya başa düşələr.

Müəllif | Apa.Tv
Apa.tv