Hamilə qadını maşın vurdu - SUMQAYITDA
Sumqayıtda hamilə qadını maşın vurub.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Abduləzimova Rəqsanə Vahid qızı yolu keçmək istəyərkən qəza baş verib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.