Hamısını iclasa çağırıb işdən qovdu - ABŞ GÜNDƏMİ 2 GÜNDÜR SUSMUR

ABŞ-da məşhur şirkət rəhbərlərindən biri 900 şəxsi vəzifəsindən azad edib.

 

APA TV “BBC News”ə istinadən xəbər verir ki, kredit şirkətlərindən olan “Better.com” portalının direktoru Vişal Qarq  əvvəlcə 900 nəfər işçisini “zoom” iclasına dəvət edib. Çağırılan hər kəs zəngə qatılandan sonra isə onları niyə topladığının səbəbi aydın olub: “Əgər bu görüşə qatılmısınızsa, deməli, işdən qovulacaqlar adlı həmin şanssız qrupa siz də daxilsiniz”.

 

Direktorun bu çıxışı qısa zamanda sosial media şəbəkələrində yayıldıqdan sonra Vişal Qarq kütləvi qınaqların hədəfinə çevrilib. O özü isə “bunu axırıncı dəfə edəndə ağlamışdım. Xəbərlərin fərqli olmağını istəyərdim. Kaşki böyüyə bilərdik” deyərək işçilərin 15 faizinin qovulmasını şirkətin düşməkdə olan performans, istehsal potensialı və birjadakı dəyişikliklərlə əsaslandırmağa çalışıb.

 

Lakin görünür keçən həftə yatırım edən şirkətlərdən aldığı 750 milyon dollarlıq nəğd puldan danışmaq direktorun yadından çıxıb.

 

Hadisə ilə paralel aydın oldu ki, sən demə, “Fortune” dərgisində yayımlanmış məqalələrdən birinin müəllifi elə, Vişal Qarq imiş. O sanki öz keçmiş işçilərinə mesaj verərək “məhsuldarlığı olmayan, gündə cəmi 2 saat çalışan adamlar səkkiz saat işləyən dostlarının zamanını oğurlayır” şəklində ifadə işlətmişdi.

 

Bundan əlavə, Forbes jurnalının keçən il gündəmə gətirdiyi e-mail də bənzər müzakirələrə səbəb olmuşdu. Vişal Qarqın yazdığı elektron məktubda yazılmışdı.

 

“Qorxunc dərəcədə ləngsiniz. Bir yığın axmaq delfinsiniz, buna tezliklə son verin. Məni xəcalətdən utandırırsınız”.

 

 

Mir Çingiz Ağazadə

APA TV

Müəllif | Apa.Tv
Apa.tv