Hava Hücumundan Müdafiə bölmələri hazır vəziyyətə gətirildi

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

 

APA TV Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq hərəkət edərək start mövqelərində yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edir.

 

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirir.

 

Müəllif | Apa.Tv
Apa.tv