Hava kəskin dəyişdi, temperatur aşağı düşdü

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xızı, Quba və Qusar rayonlarına qar yağıb.

 

Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan kəndində 29 sm, Qrızda isə 13 sm-ə çatıb. Qrızda temperatur mənfi 14 dərəcəyədək enib.

 

Qusarda 2 sm qar, mənfi 4 dərəcə şaxta qeydə alınıb.

 

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 28 sm, temperatur isə mənfi 5 dərəcə olub.

 

Müəllif | Apa.Tv
Apa.tv